İngiltərənin “Mançester Yunayted” futbol klubunun fanatları “Manchester United” kompaniyasının icraçı direktoru və icraçı vitse-prezidenti Ed Vudvordun evinə hücum ediblər.
“Yeni Gündem” “Independent”ə istinadən xəbər verir ki, aqressiv azarkeşlər qrupu Vudvordun evinə falşfeyerlər atıblar.
KİV-in məlumatına görə, həmin vaxt Vudvord və ailəsi evdə olmayıblar.
“Mançester Yunayted”in nümayəndələri bildirib ki, artıq hücum edən şəxslərin kimliyi müəyyənləşdirilir. Günahkarlar məhkəmə qarşısına çıxarıla və matçlarda iştirak etməkdən məhrum edilə bilərlər.
Daha əvvəl azarkeşlər futbol matçı zamanı Vudvordu ölümlə hədələmişdi.
Ed Vudvord