Şimali Koreya ölkədə Cənubi Koreya seriallarına baxan iki gənci açıq şəkildə mühakimə edib və gənclər 12 il ağır iş cəzasına məhkum edilib.
Şimali Koreya dünyada getdikcə populyarlaşan Cənubi Koreya seriallarına qarşı müharibə elan edib. Həmin seriallara baxan iki Şimali Koreyalı yeniyetmənin açıq şəkildə mühakimə olunaraq 12 il ağır işlərə məhkum edildiyini göstərən video böyük əks-səda yaradıb.
Videoda əsgərlərin gəncləri “etdikləri səhvə görə peşman olmadıqları üçün” danlaması da diqqət çəkib.
Şimali Koreyanın “İctimaiyyətə ideoloji maarifləndirmə” çərçivəsində yaydığı təbliğat videosunda “Çürük kukla rejimin mədəniyyəti hətta gənclər arasında da yayılıb. Tutulan gənclərin cəmi 16 yaşı olsada artıq bu kinolaronların düşüncələrini məhv edib. Buna görə də, gələcəkdə cəzaların daha da sərtləşdiriləcək” deyə vurğulanıb. Videoda gənclərin adları və ünvanları da yer alıb.
Mənbə: TGRT
Aynur Camal