Ukrayna Kəşfiyyatı rəhbərinin həyat yoldaşı zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanovanın zəhərləndiyi bildirilib.
“Ukrinform” agentliyinin xəstəxanadakı mənbələrə əsaslanaraq verdiyi xəbərdə 30 yaşlı Budanovanın “ağır metaldan zəhərlənmə” diaqnozu ilə müalicə aldığı deyilib.
Kəşfiyyat Baş İdarəsinin mövzu ilə bağlı açıqlama verəcəyi bildirilib.
Ukrayna mətbuatında 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kirill Budanova qarşı ən azı 10 sui-qəsd cəhdinin edildiyi iddia edilib.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andrey Yusov yerli mətbuata açıqlamasında Budanovanın zəhərləndiyi iddiasını təsdiqləyib.
“Budanova həqiqətən də ağır metallarla zəhərlənib və hazırda müalicə kursunu keçir və bu, başa çatmaq üzrədir”, – Yusov bildirib.
M.Yusov qeyd edib ki, mövzu ilə bağlı ətraflı məlumatı daha sonra dərc edəcəklər.
Mənbə: TrtHaber
Aynur Camal