Marketlərdən qəpikləri də apardılar – Fotobackend

 

Zərdab rayonunda mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. 

“Yeni Gundem” xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən 3 mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının oğurlanması barədə polisə məlumat veriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin Zərdab rayonu Əlibəyli kənd sakinləri Yalçın Qasımzadə, Elmaz Hüseynov və Ələddin İsazadə tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin Zərdab və ətraf rayonlarda digər hüquqazidd əməllərdə iştirak edib-etmədikləri araşdırmalardan sonra məlum olacaq.