Maştağada 13 yaşlı qıza qarşı dəhşətli əməl – Aldadılaraq dəfələrlə zorlandıbackend

Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Elman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yenigundem” publika.az-a istinadla xəbər verir ki, Elman Hüseynov Sabunçu rayonu Maştağa qəsəbəsində yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Elman Hüseynov ilk dəfə yetkinlik yaşına çatmayan qıza 2017-ci il dekabrın 27-də təcavüz edib. O, Samirə Məmmədovanın yaşadığı evə gəlib.

Məlum olub ki, Elman Hüseynov evdə qıza qarşı seksual xarakterli hərəkətlər edib, onda cinsi əlaqədə olmaq istəyi oyadıb.

Daha sonra o azyaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bu hadisə bir neçə dəfə təkrarlanıb.

Sonuncu dəfə Elman Hüseynov Samirə ilə 2018-ci ilin yanvarın ilk günündə onunla cinsi əlaqədə olub.

Bundan xəbər tutan Samirə Məmmədovanın valideynləri polisə şikayət edib.

Polis əməkdaşları tərəfindən Elman Hüseynov həbs olunub.

İstintaq orqanı tərəfindən Elman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Elman Hüseynovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin sədrliyilə baş tutan prosesdə araşdırılıb.

Qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elman Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.