“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edibbackend

Türkiyənin “TV8” telekanalı Dövlət Turizm Agentliyinin dəstəyi ilə “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.

Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.

“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı *24 avqust Bakı vaxtı ilə 21:00-da* Türkiyənin “TV8” telekanalında yayımlanacaq.