McDonald’s-ın Yapon bölməsi kartof qızartmasının ətri ilə bir sıra ətirlər buraxmağı planlaşdırır.
Fast food restoranları şəbəkəsinin sosial media hesabında deyilir: “Biz kartof qoxusu olan ətir yaratdıq”. Bu qoxunun “mühüm tarixiniz üçün ideal” olduğu qeyd edilir.
Şirkət Yaponiyada üç versiyada ətir buraxmaq niyyətindədir: klassik, qurudulmuş yapon gavalı, dəniz yosunu və duzdan hazırlanmış ətirli, həmçinin sarımsaqdan, mayonezdən və qara bibərdən hazırlanmış ətirlər.
Reklama əsasən, ətir şüşələri ya klassik qırmızı fransız qızartma qutuları, ya da kağız torbalar şəklində dizayn ediləcək.
Mənbə: Ntv.Tr
Aynur Camal