Məcburi hicab qaydaları yenidən sərtləşdirilirbackend

Tehran Universitetində məcburi hicab qaydaları yenidən sərtləşdirilir.

Tehran Universitetindən bildirib ki, öyrənci qızların geyim tərzinə və hicablarına nəzarət etmək üçün tələbə və psixoloqların köməyi ilə hicab nəzarətçiləri təşkil olunub.

Onun sözlərinə görə, məcburi hicab qaydalarının tətbiqi ilə bağlı universitetin müəllimələrinə də ciddi xəbərdarlıq edilib.

Qeyd olunub ki, ötən illərdə “Qadın Həyat Azadlıq” şüarı altında etirazlarda 700-dən çox öyrənci yaxalanıb. Onlardan bir neçəsi universitetlərdən qovulub, bəzilərinə isə İnqilab məhkəmələri tərəfindən ağır cəzalar verilib.

Mənbə: Azad İran

Aynur Camal