Məcburi hicaba görə şallaq və həbs cəzasıbackend

Beynəlxalq Əfv Təşkilatı: “ İranda qadınlar məcburi hicaba görə şallaq və həbs cəzası alırlar”.

Beynəlxalq Əfv Təşkilatı Beynəlxalq Qadınlar Günü ərəfəsində İranda qadınlara yeni basqı dalğasının başlandığını, o cümlədən ictimai məkanlarda qadın və qızlara nəzarətin gücləndirildiyini bildirib.

Məlumata görə, dünən sözügedən təşkilat məcburi hicaba riayət olunmadığına görə qadınların həbs edilməsi, şallaq vurulması və məcburi əxlaq kursu keçirilməsini qınayıb.

Qeyd olunub ki, təşkilatın bəyanatında 46 nəfər şahidin ifadələrinə istinad olunub.

Şahidələr və məcburi hicaba məruz qalmış qadınların bildirmələrinə əsasən on minlərə qadının avtomobilləri sərbəst geyimlərinə görə müsadirə edilib.

Mənbə: TGRT

Aynur Camal