Məcburi köçkünlər yataqxana otaqlarını satışa çıxarıblar? – Rəsmi açıqlamabackend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Komitədən “Yeni Gündəm”-ə bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb: “Bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, dünən telekanallarda məcburi köçkünlərin yataqxanaları satışa çıxardığı barədə süjet yayımlanıb.