Mədəaltı Vəzin Xəstə Olduğunu Göstərən Əlamətlərbackend

Orqanizm sağlam olmayan zaman sağlam qidanı belə həzm edə bilmir. Bu ən çox mədəaltı vəzə aiddir.  Həmz prosesinin getməsi üçün bədəndə həzm fermentlərinin miqdarı kifayət qədər olmalıdır. Məhz bu fermentlər mədəaltı vəzidə istehsal olunur.

Qədimdə insanlar hesab edirdilər ki, elastik xüsusiyyətə malik olan mədəaltı vəzi yalnız mədəni qoruyan bir amortizatordur. Lakin əslində bu, daha mühüm bir orqandır. Mədəaltı vəzinin istehsal etdiyi fermentlər sayəsində, orqanizmimiz qidanı kiçik hissəciklərə parçalaya bilir, bu hissəciklər bağırsaqdan qan dövranına keçir, qanla toxumalara və orqanlara nəql edilir. Bəs mədəaltı vəzin xəstə olduğunu göstərən əlamətlər hansılardır? Bu gün bir bax kanalında bunu biləcəksiniz. Diqqətiniz bizdə olsun.Videomuz başlayır.

Düzgün olmayan qidalanma, spirtli içkilərin ifrat qəbulu, xroniki stresslər və sairə mədəaltı vəzidə pozulmaları inkişaf etdirə bilər. Bu zaman mədəaltı vəzin fəaliyyəti azalır, fermentlər az miqdarda ifraz olunmağa başlayır. Bunun nəticəsində insanda qarının yuxarı hissəsində ağrılar, ürəkbulanması, qusma, ishal, nəcisin yağlı olması kimi simptomlar meydana çıxır. İştana və fiziki aktivlik azalır, orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.

Mədəaltı vəz başda insulin olmaqla bir çox hormonları ifraz edir. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Qanda normadan artıq qlyükoza yığıldıqda mədəaltı vəzi insulini ifraz etməyə başlayır ki, bu hormon orqanizmin hüceyrələrinə qlyükozanın çatdırılmasını təmin edir. Əgər mədəaltı vəzinin insulini ifraz edən beta-hüceyrələri dağılmağa başlayarsa, bu insulinin az miqdarlarda ifraz olunmasına səbəb olacaq. Bu halda insanda şəkərli diabet xəstəliyi inkişaf etməyə başlayır.

Əgər siz özünüzdə daim halsızlıq, yorğunluq, yanğı hissi, dərinin qaşınması, sidik ifrazının tezləşməsi, ağızda quruluq, kəskin arıqlama kimi simptomları müşahidə edirsinizsə, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.

Mədəaltı vəz xəstəlikləri gizli başlayıb, ağrı, stress, diabet və xərçəngə KİMİ GƏTİRİB ÇIXARA BİLİR.. Mədəaltı vəzində problem yaranan şəxslərin çoxunda pankreatit kimi tanınan mədəaltı vəz iltihabi xəstəliyi inkişaf edir. Onun əlamətləri bunlardır. Mədənin alt, üst hissəsində, düz mərkəzdə təkrarlanan, ara-sıra azalan, qarına yayılan ağrılar.

Ağrı çox zaman kürəyə də yayılır. Daha çox yeməkdən sonra ağrı başlayır və bir neçə saat davam edir. Zamanla bu küt ağrı kəskinləşir, dözülməz olur və dayanmır. Əgər kəskin pankreatitə səbəb öd daşları olursa, yağlı qızardılmış ağır yeməklərdən sonra 1-3-5 saatlıq ağrılar baş verir.  Əgər çox içki içənlərdə alkoqola bağlı pankreatitdirsə, spirtli içki qəbulundan 5-8 saat sonra ağrı başlayır Ürəkbulanma, qusma – kəskin və xroniki pankreatitin yol yoldaşıdır. Yeməkdən sonra artır. İnsan qusanda rahatlayır

Diareya, ishal – mədəaltı vəz normal ferment ifraz etmədiyi üçün yemək həzm olunmur, sovrulmur, çox qidalar bağırsaqda(BAĞIRSANAQ) çürüyür, elə olduğu kimi də qalır. Nəcis duru, formalaşmamış, yağlı və həzm olunmamış qidalarla dolu olur. Nəcisdən çox kəskin pis qoxu gəlir

Yüksək hərarət – qrip olmadan hərarət 38- i keçə bilirr. Kəskin pankreatitdə isə titrətmə olur.

Arıqlama, iştahsızlıq, ağız tamının itməsi

Xəstəlik çox gec aşkar olunduqda mədəaltı vəz ferment hasilatını azaldır. Yemək demək olar, çox az həll olur və bağırsaqda nəcisə qarışır. Orqanizm lazımi mineral və vitaminlər ala bilmədiyi üçün çəki azalır və artıq çəki almaq çətinləşir.

Bəs mədəaltı vəzimizi qorumaq üçün qida rasionumuza nələri daxil etməliyik.?

Başlayaq balqabaqdan..

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E,  K, B qrupu vitaminləri, mineral və mikroelementlərlə zəngindir.Onun tərkibində  xüsusilə dəmir, mis, kalium, ftor, sink, kalsium, fruktoza və pektin maddələri var.

Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir.

Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qara ciyər, öd üçün balqabaq xüsusilə faydalıdır – bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir.

Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.

Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir, eyni zamanda artıq xolesterini orqanimdən çıxardır.