Zonquldakın Karadeniz Ereğli rayonunda 1 işçinin öldüyü mədəndə çökmə nəticəsində yaralanan 6 işçidən daha 2-nin müalicəsi başa çatıb.
“Yeni Gundem” xəbər verir ki, Türkiyə Taşkömürü Müəssisəsinin (TTK) Armutçuk Müəssisəsinin mədənində dünən baş verən çökmə nəticəsində yaralananlar arasında olan iki işçi müalicələrinin ardından evə buraxılıb.
İşçilərdən Rıfat Öztürkün müalicəsi Qaradəniz Ereğli Dövlət Xəstəxanasında davam edir. Xəsarət alan 3 işçinin hamısı dünən evə buraxılıb.
Ötən gün TTK Armutçuk Müəssisəsinə məxsus mədəndə mənfi 450 hündürlükdə tavanın çökməsi nəticəsində baş verən çökmədə mədən işçisi 45 yaşlı Ramazan Yıldırım həyatını itirib, 6 nəfər yaralanıb.