Mediada daha bir şübhəli ölümbackend

Rusiyada Kremlyönlü şəxslərin şübhəli ölümləri diqqəti cəlb edir. Nəhayət, Putinə yaxın olan Kuban kanalının baş redaktoru Zoya Konovalova evində ölü tapılıb. Rusiyada Ukrayna müharibəsi başlayandan bəri Kreml yönümlü şəxslər arasında şübhəli ölüm hallarına yenisi əlavə edilib. Kremlə yaxın “Kuban” telekanalının baş redaktoru Zoya Konovalova Krasnodar şəhərindəki evində ölü tapılıb. Yaxınlıqda Konavalovanın keçmiş əri Andrey Qubatiykanın meyitinin tapıldığı açıqlanıb. Rusiya hakimiyyəti cəsədlərin ilkin müayinəsi zamanı heç bir görünən xəsarət aşkar edilmədiyini və zəhərlənmədən şübhələnildiyini qeyd edib.

Konavalova kanalının verdiyi açıqlamada 48 yaşlı qadının evində “toz halında maddənin qalıqları” ilə çirklənmiş çantanın tapıldığı və ölüm səbəbinin “naməlum maddədən zəhərlənmə” olduğu bildirilib. Bu xəbərdən sonra narkotik şayiələri gündəmə gəlsə də, onun yaxın ətrafı və həmkarları Konovalovanın heç vaxt narkotikdən istifadə etmədiyini iddia ediblər.

Son hadisə Ukrayna müharibəsinin başlamasından bəri bir sıra şübhəli ölüm hallarının bir hissəsidir. Keçən ay Kremlə yaxın qəzetlərdən biri olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsareva evində ölü tapılıb, Putinin “Vahid Rusiya” partiyasından olan siyasətçi Vladimir Eqorov isə keçən həftə ölüb. O üçüncü mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Bu ölümlərin arxasında Ukrayna kəşfiyyatının ola biləcəyi ilə bağlı şayiələr yayılıb.

Mənbə hurriyyət.tr

Aynur Camal