Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Co Baydeni bəşəriyyət üçün təhlükə adlandırıb. Siyasətçi X-də (keçmiş Twitter) Amerika liderinin, xüsusən də Rusiya prezidenti Vladimir Putinə hücum etdiyi çıxışına belə reaksiya verib.
Bayden, Kaliforniyada bir kampaniya tədbirindəki çıxışında Putin haqqında təhqiramiz danışdı, buna baxmayaraq, iqlimin “bəşəriyyət üçün ekzistensial təhlükə” olduğu qənaətinə gəldi.
“ABŞ prezidentinin dediklərindən fərqli olaraq, ekzistensial təhlükəni iqlim deyil, Baydenin özü kimi dəliliyə düçar olmuş və Rusiyaya qarşı müharibəyə başlamağa hazır olan yararsız qocalar yaradır”, – Medvedev yazıb.
Mənbə: mail.ru
Aynur Camal