“Kuril adaları Rusiya Federasiyasının ərazisi kimi tanınsa, Yaponiya ilə sülh bağlana bilər”.
Bu şərti Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “VKontakte” səhifəsində yazıb.
Siyasətçi vurğulayıb ki, Kuril adaları ilə bağlı məsələ həmişəlik bağlıdır – onların statusu Rusiya Konstitusiyasında təsbit olunub. Dmitri Medvedev Yaponiyanın baş naziri Fumio Kişidanın ölkənin sanksiyaları saxlamaq və Kuril adalarının statusunu müzakirə etmək şərti ilə sülh müqaviləsi bağlamağa hazır olması barədə bəyanatına belə cavab verib.
“Şimal əraziləri adlanan ərazilərlə bağlı “Yapon xalqının hissləri” bizi çox maraqlandırmır. Bunlar “mübahisəli ərazilər” deyil, bura Rusiyaya aiddir”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.
Yaponiya Rusiyanın İturup, Kunaşir və Şikotan Kuril adalarına sahib olması ilə mübahisə edir. Rusiya sözsüz ki, bu adaları özününkü hesab edir. Bu səbəbdən Moskva və Tokio hələ də sülh sazişi imzalamayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyaya Kuril adasının İturup sahibliyini xatırlamağı tövsiyə edib.
Mənbə: Lenta.Ru
Aynur Camal