Məhbus mübadiləsində bir günlük gecikməbackend

Sionist işğal rejimi ilə HƏMAS arasında əsir mübadiləsində bir günlük gecikmə olacağı bildirilib.

Qondarma sionist rejimin baş nazirinin dəftərxanası tərəfindən verilən bəyanatda əsir mübadiləsinin cümə günündən əvvəl baş tutmayacağı açıqlanıb.

Bildirilib ki, mübadilə əldə olunan razılaşmaya uyğun aparılacaq.

Qondarma sionist rejimin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi deyib:

Azadlanma tərəflər arasında ilkin razılaşmaya əsasən başlayacaq və bu cümə günündən əvvəl baş verməyəcək.

Bundan əvvəlki açıqlamada məhbus mübadiləsinin bu gün səhər Türkiyə vaxtı ilə səhər saat 11-də başlayacağı açıqlanmışdı.

Mənbə: İLKHA

Aynur Camal