İsraillə HƏMAS arasında əsir mübadiləsi zamanı azadlığa çıxan uşaq məhbus Əl-Aləmi İsrailin həbsxanalardakı zorakılığından danışıb.
“İsrail mühafizəçiləri bizi 9 saat soyuqda gözlətdilər”, – Əl-Ələmi deyib. 8 nəfərlik palatada 12 nəfərin olduğunu bildirən Əl-Aləmi mühafizəçilərin sistematik zorakılıq tətbiq etdiyini bildirib.
İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma çərçivəsində, HƏMAS-ın əlində saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinlinin azad edilməsi ilə bağlı razılaşma əldə edilib. Qətər Xarici İşlər Nazirliyi dünənki açıqlamasında HƏMAS ilə İsrail arasında aparılan vasitəçilik səyləri nəticəsində “humanitar fasilənin” daha 2 gün uzadıldığını açıqlayıb.
Dünən azadlığa çıxan 16 yaşlı yeniyetmə məhbus Qasim Əl-Aləmi İsrail həbsxanalarında yaşadıqlarından danışıb.
Noyabrın 18-də İsrail qüvvələri tərəfindən inzibati həbs qanununa uyğun olaraq həbs edilən Əl-Aləmi İsrailin Ofer həbsxanasında 4 ay qaldığını və məhbus mübadiləsi razılaşması ilə sərbəst buraxıldığını bildirib.
İsrailin uşaq məhbuslara ədyal, paltar və kifayət qədər yemək vermədiyini bildirən Əl-Ələmi, mühafizəçilərin onlarla yaxşı rəftar etmədiyini bildirib.
Fələstinli məhbuslara tualetdən istifadə etmək üçün 10 dəqiqə vaxt verildiyini bildirən Əl-Aləmi, 8 nəfərlik otaqlarda 12 nəfərin qaldığını açıqlayıb.
Oktyabrın 7-dən sonra mühafizəçilərin palatalardakı bütün elektrik cihazlarını və yeməkləri müsadirə etdiyini bildirən Əl-Ələmi, İsrail mühafizəçilərinin hər gün günahsız və səbəbsiz fələstinli məhbusları döydüyünü bildirib. Mühafizəçilərin uşaq məhbusları 9 saat soyuqda saxladıqlarını bildirən Əl-Aləmi onların azad edilməsini təmin etdiyi üçün Həmas-a təşəkkür edib.
Dünən sərbəst buraxılan uşaq məhbuslardan Abdullah Axil 6 aydır həbsdə olduğunu bildirərək, İsrail mühafizəçilərinin hər gün fələstinli məhbusları döydüyünü təkrarlayıb. Mühafizəçilərin xəstə məhbuslara əhəmiyyət vermədiyini deyən Axil, HƏMAS-ın israilli məhbuslarla insancasına davrandığını, İsrail mühafizəçilərinin isə fələstinli məhbuslarla vəhşicəsinə davrandığını bildirib.
Digər tərəfdən, Qəzza zolağında humanitar fasilənin başladığı 24 noyabrdan bəri 50 israilli və ən azı 19 əcnəbi vətəndaş HƏMAS tərəfindən dörd qrup halında, 150 fələstinli məhbus isə İsrail tərəfindən sərbəst buraxılıb.
Mənbə: TGRT
Aynur Camal