Bakıda yüksək mərtəbəli binaların tikintisini həyata keçirən şirkət cərimələnib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda yaşayış binası tikən “Grand Plaza” MMC qanunsuz olaraq ağac kəsməkdə ittiham edilib. “Grand Plaza” İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə) maddəsi ilə təqsirli bilinib. Bu maddə üzrə hər bir ağacın məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə cərimə hüquqi şəxslər üçün 35 min manatdır.
“Grand Plaza” MMC Yasamal rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinərək cərimələnib. Daha sonra isə şirkət narazı qalaraq apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəıməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə baxılır.
Murad Əhməd
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi izləyin