Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”backend

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

“Yeni Gündəm” paylaşımı təqdim edir:

“Bu gün – 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.