Mehriban Zeynalova: “Ata uşağı təhvil verəndə, boğazında boğma göyərtilərinin izi vardı”backend

“Mehnur” reabilitasiya mərkəzində baş vermiş qeyri-insani münasibət və işgəncə xarakterli videolarla bağlı, əksəriyyət valideynlərin susqunluğunu önə çəkirdi. Səbəb bilirisiniz nədir? Çünki valideynlərin də əksəriyyəti eyni münasibət sərgiləyir…”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

“Bizə sindromlu uşaq gətiriblər, ata uşağı təhvil verəndə, uşağın boğazında boğma göyərtilərinin izi vardı. Bədənində dişlək yerləri vardı. Sorşuram bu nədir? deyir ki, allergiyası var uşağın. Deyirəm Sizcə mən allergiya ilə fiziki zorakılığı ayıra bilmirəm? Baxın, məhz buna görə də əksər  valideynlər susqundurlar. Səbəb isə, nə uşaqdan imtina edə bilirlər balalarıdır, nə də o uşaqlarla davranışı öyrədən yoxdur. Məncə, valdeynlər üçün belə davranış praktikasına dair mərkəzlər olmalıdır” – o qeyd edib.