Braziliyalı müğənni səhnədə ürək tutmasından dünyasını dəyişib.
“Yeni Gundem”in məlumatına görə, Braziliyada dini tədbirdə səhnədə mahnı oxuyan 30 yaşlı sənətçi Pedro Henrike infarktdan dünyasını dəyişib. Braziliyanın Feira de Santana şəhərində internetdə yayımlanan dini tədbirdə müjdə mahnıları oxuyan 30 yaşlı Pedro Henrike səhnədə mahnı oxuyarkən infarkt keçirərək dünyasını dəyişib.
Henrique mahnı oxuyarkən müvazinətini itirərək kürəyi üstə yıxılıb və tamaşaçılar dərhal kömək üçün səhnəyə qaçıblar. Henrikenin yerə yıxıldığı anlar kameralara düşüb. Hər kəs tərəfindən şən və sevilən biri kimi tanınan Henrikenin evli olduğu və 1 aylıq bir qızı olduğu açıqlanıb.
Mənbə: TGRT
Aynur Camal