Meksikada qasırğa və fırtına: həyatını itirənlər varbackend

Meksikada leysan yağışların təsiri altında olan “Lidiya” qasırğasında ölənlərin sayı 3-ə yüksələrkən, tropik “Maks” fırtınası səbəbiylə isə 2 nəfər həyatını itirib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Meksikanı “Lidia” və “Maks” qasırğası vurub.

Ölkənin Nayarit, Jalisco, Colima və Sinaloa əyalətlərində təsirli olan Lidiya qasırğası güclü küləyə və daşqınlara səbəb olub.

Ölənlərlə yanaşı Xalisko ştatında 4 magistral yolda böyük dağıntılar baş verib.

Meksika Mülki Müdafiə Qrupunun (Protección Civil) Milli Koordinatoru Laura Velázquez, Meksika prezidenti Andrés Manuel López Obrador ilə birgə mətbuat konfransında qasırğadan zərər çəkmiş 171 nəfərin 45 sığınacaq mərkəzinə yerləşdirildiyini açıqlayıb.

Həmçinin, “Maks” fırtınasının səbəb olduğu güclü yağışların yaratdığı seldə 2 nəfər boğularaq həyatını itirib. Fırtınadan sonra ştatda 30 min insanın işıqsız qaldığı, onlarla qəsəbədə rabitənin kəsildiyi, elektrik enerjisinin, telefon xətlərinin və internet bağlantılarının işləmədiyi açıqlanıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal