Meksikada silahlı hücum oldubackend

Meksikanın cənubundakı Çiapas ştatının sərhəd qəsəbəsində atışms baş verib.

“Yeni Gundem” xəbər verir ki, hücum zamanı yük maşınında olan 6 nəfər həlak olub. Bölgənin immiqrant marşrutu kimi tanınmasına baxmayaraq, son vaxtlar Jalisco və Sinaloa kartelləri arasında hakimiyyət mübarizəsinə səhnə olduğu da bildirilir.

Hücum nəticəsində ölən şəxslərin kimliyi və ya mühacir olub-olmaması ilə bağlı məlumatlar paylaşılmayıb. Hücumdan sonra bölgənin ən böyük şəhəri olan Motozintlada kartellərin bölgə sakinlərini hədələdiyini və qəsb etdiklərini iddia edən xalq etiraz edib.

Mənbə: TGRT

Aynur Camal