Məktəbdə dostunu bıçaqladıbackend

Tailandda məktəb qətliamının dəhşətli görüntüləri yayımlanıb. 14 yaşlı oğlan dostu ilə mübahisə zamanı onu hamının gözü qarşısında bıçaqlayıb.

Taylandda 14 yaşlı şagirdin məktəb bağçasında dostunu bıçaqladığı anların yeni görüntüləri ortaya çıxıb.

Kadrlarda bıçaqlı hücumdan sonra məktəb bağçasında böyük çaxnaşma yaşandığı, hücuma məruz qalan uşağın bir müddət səndələdikdən sonra yerə yıxıldığı görülüb. Hücumu həyata keçirən şagird əvvəlcə digər tələbələr, sonra isə müəllimlər tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. Hadisədən sonra Tayland polisinin apardığı ilkin araşdırmalar nəticəsində iki uşaq arasında bir müddətdir ki, pul mübadiləsinin olduğu bildirilib. Polisə verdiyi ilk ifadəsində aqressiv tələbə dostunun bir müddətdir ondan pul istədiyini və camaat qarşısında ələ saldığını iddia edib.

Banqkok polis rəisi Wachirakorn Wongboon verdiyi açıqlamada hücumla bağlı məktəb rəhbərliyi, müəllimlər, digər şagirdlər və iki şagirdin ailələri ilə aparılan ilkin sorğular nəticəsində iki şagird arasında bir müddətdir pul mübadiləsi aparıldığını və hücum qisas almaq üçün planlaşdırıla bilər.

Məktəbdə keçirilən bayraq mərasimi zamanı baş verən hadisədə 14 yaşlı oğlan şagird eyni yaşda olan dostunu bütün şagirdlərin gözü qarşısında boynundan və qarnından çoxsaylı bıçaq zərbələri ilə öldürüb. İşin istintaqı davam etdirilir.

Mənbə: TGRT

Aynur Camal