Məktəbdə uşaq məzarları tapılıbbackend

Kanadanın şimalındakı Saskaçevan əyalətindəki keçmiş kilsə internat məktəbində yeni uşaq məzarları tapılıb.

“Yeni Gundem” xəbər verir ki, ümumilikdə 93 uşaq məzarının tapıldığı, onlardan 14-nün körpələrə aid olduğu düşünüldüyü bildirilir.

Kanadadakı English River First Nation yerli bölgəsinin rəhbəri Jenny Wolverine, geri dönməyən uşaqlar haqqında ictimaiyyət arasında danışılan hekayələrə əsaslanaraq kilsənin Beauval Yerli Amerika Yaşayış Məktəbində başladılan axtarışlar nəticəsində 93 uşaq məzarının tapıldığını açıqlayıb.

Qəbirlərdən 14-nün körpələrə aid ola biləcəyini ifadə edən Wolverine, “Nə tapacağımızdan əmin deyildik. Ancaq evə dönməyən tələbələrin müalicəsi ilə bağlı nəsillər boyu paylaşılan hekayələri bilirdik” deyib.

Qarşılaşdıqları mənzərəni “ürək parçalayıcı” olaraq xarakterizə edən Wolverine, 1983-cü ildə bağlanan məktəbdə tapılan məzar sayının artmasından narahat olduqlarını vurğulayıb.

Saskaçevan əyalət hökumətini prosesin aydınlaşdırılması üçün aparılan işlərə dəstək verməyə çağırıb.

Xatırladaq ki, Katolik Kilsəsinin açdığı və 1940-1997-ci illər arasında fəaliyyət göstərən internat kilsələri 150 mindən çox yerli uşağın ailələrindən ayrılaraq assimilyasiyaya məruz qaldığı yerlər kimi tarixə düşüb.

Həqiqət və Barışıq Komissiyası 2008-ci ildə Kanadada cinsi qısnama da daxil olmaqla pis rəftar iddialarını və tez-tez adı çəkilən məktəblərdə baş verənləri üzə çıxarmaq üçün yaradılıb.

Zərərçəkmişlərin ifadələri əsasında hazırlanan hesabatda hadisələr “mədəni soyqırım” kimi qiymətləndirilib. Bəzi mənbələrdə 4200 kimi bildirilən kilsə məktəblərində qalarkən həyatını itirən uşaqların sayı komissiyanın hesabatında 5995 olaraq göstərilib.

Mənbə: TGRT

Aynur Camal