Fransanın Arras şəhərində bir məktəbə bıçaqla hücum edən müəllim boğazı kəsilərək öldürülüb. Böyük çaxnaşma yaradan hücumdan sonra prezident Makronun da şəhərə gedəcəyi açıqlanıb.
“Yeni Gundem” xəbər verir ki, hücumun İsraillə HƏMAS arasındakı müharibə ilə əlaqəli olduğu iddiası sosial mediada böyük səs-küyə səbəb olub. Fransanın şimalındakı Arras şəhərində məktəbə törədilən bıçaqlı hücum böyük panikaya səbəb olub. BFM TV-nin məlumatına görə, çeçen olduğu bildirilən şəxs “Allahu Əkbər” qışqıraraq müəllimlərə hücum edib. Hadisə zamanı boğazı kəsilən fransız müəllim ölüb, yaralananlar var.
20 yaşlarında olan hücumçu hadisə yerində saxlanılıb. Polis mənbələri hadisəni törədənin çeçen əsilli olması və “radikal qeydiyyatda olması” barədə məlumat paylaşıb. Həmin şəxsin məktəbin keçmiş şagirdi olduğu da qeyd olunub. Hadisə zamanı tələbələrə sinif otaqlarını tərk etməmək barədə xəbərdarlıq edilib. Daxili işlər naziri Gerald Darmanin bildirib ki, aksiya Qambetta liseyində baş verib və hadisəni törədən şəxs də saxlanılıb.
Fransız xəbər agentliyi AFP, təhlükəsizlik mənbələrinə əsaslanan xəbərində, hücumu həyata keçirərkən həmin şəxsin “Allahu Əkbər” qışqırdığını iddia edib. Polisə istinadən başqa bir xəbər agentliyi, hücumçunun “Allahu Əkbər” qışqırması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiq edə bilmədiklərini bildirib.
Sosial mediada yayılan bəzi xəbərlərdə hadisənin İsrail ilə Fələstin arasında başlayan müharibə ilə əlaqəli olduğu və hücumun HƏMAS-ın cihad çağırışından sonra baş verdiyi iddia edilib.
Fransa polisi isə hücumun Yaxın Şərqdəki müharibə ilə əlaqəli olduğuna dair heç bir işarənin olmadığını bildirib. Bir müddət əvvəl Makron ölkədə dini mərkəzlər və yəhudilərin getdiyi yerlər ətrafında təhlükəsizliyin artırılması barədə göstəriş verib.
Mənbə: TGRT
Aynur Camal