Məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdıbackend

“Hamshahri” qəzeti xəbər verir ki, yanvarın 7-də Tehranda 11 yaşlı məktəbli oğlan ailəsi evdə olmadığı vaxt özünü yataq otağında anasının baş örtüyü ilə asaraq intihar edib.

Məlumata görə, məktəblinin anası bu haqda deyib:

“Hadisə zamanı oğlum evdə tək olub və niyə intihar etdiyini bilmirəm. O, çox xoşbəxt idi”.

Qeyd olunub ki, ananın bu ifadələrindən sonra Tehran Cinayət Məhkəməsində cinayət işi açılıb və bildirilib ki, şagirdin intihar səbəbinin müəyyən edilməsi üçün araşdırmalar davam etdirilir.

Mənbə: Azad İran

Aynur Camal