Məlahət İbrahimqızı: “Erməni revanşistlərinə ancaq Dəmir Yumruqla anlatmaq mümkündür”backend

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazansaq da, erməni revanşistləri, qanunsuz silahlı yaraqlılarla birgə vaxtaşırı olaraq respublikamızın ərazisini atəşə tuturlar. Sözsüz ki, Şanlı Milli Ordumuzun həmin ərazidə yerləşən hərbiçiləri onlara layiqincə cavab verir. Azərbaycanın müvafiq yüksək qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, bu terorçu qruplar bundan dərs çıxarmırlar.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızıdeyib.


Ürəkağrıdıcı olsa da bu hadisələrdə bir neçə dəfə hərbiçi və əsgərlərimizdən yaralı və şəhid də olmuşdur. Əlbəttə Azərbaycan Ordusu maksimum dərəcədə bu təxribatlara uymamağa çalışsa da onları susdurmamaq da mümkün deyil. Çünki erməni revanşistlərini ancaq Dəmir Yumruqla anlatmaq mümkündür.

Ötən gün yəni avqustun 3-də Müzəffər Milli Ordumuzun sərhəddə yerləşən hissələrinin həyata keçirdiyi anti-terror əməliyyat da bundan qaynaqlanır. Qeyd etdiyim kimi dünən Müzəfgər Milli Ordumuz Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi qanlı insidentə cavab olaraq, çox uğurla “Qisas” əməliyyatı həyata keçirdi.

Bu əməliyyat nəticəsində, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası darmadağın olunaraq tam zərərsizləşdirildi. Bununla bərabər Şərəfli Ordumuz Azərbaycanın ermənilər tərəfindən nəzarətdə saxlanan bir sıra əraziləri; Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra çox əhəmiyyətli hakim yüksəkliklər ordumuz tərəfindən nəzarətə götürüldü. Dünən Müzəffər ordumuz tərəfindən həyata keçirilən “Qisas” əməliyyatları bir daha göstərdi ki, Dövlətimiz heç vaxt Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərində törədilən terrora və separatçılığa göz yummayacaq əksinə nəyin bahasına olursa olsun, onların kökünü kəsiləcək.

Bu Azərbaycan xalqının qanuni haqqıdır.
Məlum olduğu kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən Qarabağda yerləşmiş qeyri-qanuni erməni silahlı birləşmələri bölgədən çıxarılmalı və Rusiyanın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Çox təəssüf ki, Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi Bəyanatın şərtlərinə əməl etmir və bununla da sülh prosesindən yayınır. Qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu ilin altı aylıq yekunlarına dair müşavirədə də bu məsələni xüsusi vurğulamış və növbəti dəfə rəsmi Ermənistana çox açıq xəbərdarlıq etmişdi.

Möhtərəm Prezidentimiz çıxışında ermənistanın 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirməməsini qeyd edərək, 10 noyabr Bəyannaməsinə uyğun olaraq Rusiya sülhməramlılarının, yəni Rusiyanın erməni tərəfini məcbur etmədiyini tənqid etdi. . O, bu durumu dözülməz vəziyyət adlandırmaqla, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalmasının qəbuledilməz olduğunu bildirmişdi. Cənab Prezidenti çıxışında ;
“Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. fikirlərini də səsləndirmişdir. Bu baxımdan deyə bilərik ki, dünən Şanlı Ordumuzun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatı mahiyyət etibarı ilə Ermənistana tutarlı bir cavab idi. Ümidvarıq ki, Ermənistan tərəfi bu vəziyyəti düzgün qiymətləndirər və sülh prosesində konstruktiv mövqe nümayiş etdirər. Əks təqdirdə mövcud vəziyyət qarşısında Ermənistanla bərabər, vasitəçilər də ciddi məsuliyyət daşıyır. Ermənistan təcili olaraq üzərinə götürdüyü məcburi öhdəlikləri yerinə yetirməzsə, vasitəçilər rəsmi Ermənistanın buna məcbur etməlidir. Qeyd etmək lazımdır ki, sülh prosesində Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistan tərəfi qəbul etmiş və bunu dünya ictimaiyyəti qarşısında da etiraf etmişdir. Bir sözlə de fakto sülh danışıqlarının başlanması üçün tam hüquqi əsas yaradılıb.

Bütün bunlara baxmayaraq, son günlərdə baş verən qanlı insident rəsmi Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməməklə prosesə xələl gətirməyə davam etməsini bir daha sübut edir. Sözsüz ki, baş verənlərin bütün məsuliyyətini də Ermənistan və oradakı revanşist qüvvələr daşıyır. Onlar dərk etməlidirlər ki, Azərbaycanın Şanlı və Qəhrəman Ordusu istənilən an və istənilən vəziyyətdə hər bir Şəhidinin qısasını misli ilə almağa qadirdir və bu qisası da layiqincə alır. Fürsətdən istifadə edərək son olaylarda Şəhid olan hərbiçimiz Anar Kazımova Allahdan rəhmət diləyərək, onun ailəsinə və yaxınlarına səbir, dözüm və təmkin arzulayıram deyə deputat Məlahət İbrahimqızı qeyd etdi.