Məlahət İbrahimqızı şəhidin doğum günündə iştirak etdi – FOTO / VİDEObackend

Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən, Şanlı və rəşadətli Milli Ordumuzun hərbiçisi, baş leytenant Hüseynzadə Həmidağanın cənnətdəki dördüncü doğum günü idi. Əbədiyyata qovuşan igid oğlumuz Hüseynzadə Həmidağanın bugün 34 yaşı tamam olurdu. Həmidağa şəhadətinə qovuşanda onun təzəcə 30 yaşı olmuşdu. O, bu otuzillik ömründə Vətən uğrunda göstərdikləri şücaətə görə yüz ilə sığmayan qəhrəmanlığı ilə əfsanəyə, qəhrəmanlıq simvoluna çevrildi.

Həmidağa kimi oğullar təkcə öz ailəsinə deyil, mənsub olduğu xalqa əbədi şan və şərəf gətirən oğullardır. Bu igid və cəsur oğullar bugün və gələcəkdə gənclərimiz, gələcək nəsillərimiz üçün ideal və amal olacaq, uyuduqları cənnət bağçasının bir güşəsi olan bu məkan, Fəxri Şəhidlər Xiyabanı isə böyük bir millətin, Qalib Xalqın and yeri olacaqdır. İllər və əsrlər keçəcək, qərinələr bir-birini əvəz edəcək, qanları ilə ölməzlik simfoniyasını yazmış Həmidağalar, Poladlar, Nicatlar isə könüllərdə, qan yaddaşlarında əbədi yaşayacaqdır.

Respublikamızın ərazi bütövlüyünün və suverenliyin bərpası yolunda həyatından və canından keçmiş hər bir Şəhidimizin ruhu qarşısında ehtiramla baş əyirik. Eləcə də belə müqəddəs övlad böyüdən valideynlərə isə daima hörmət və ehtiramımızı bildirəcəyik.
Həmidağa kimi qəhrəman Şəhidimizi, balamızı böyüdən valideyn də elə qəhrəmandır. Qarabağ ordenli Həmidağa kimi rəşadətli övlad yetirdiyinizə görə qarşınızda baş əyirik. Dəyərli və məğrur bacım Gulnara xanım, Vüqarlı qardaşım Bağı müəllim, Sizlərə borluyuq. Bu elə bir borcdur ki, Azərbaycan var olduqca bu mənəvi borc bitməyəcəkdir.