“Mən Klounam” filminin təqdimatı keçirilib Azərbaycan filmləri günü gündən inkişaf edir, inkişaf edən filmlərdən biridə “Mən Klounam” filmi oldu.
“Yenigundem” xəbər verir ki, yanvarın 16-da Parkcinema-nın kinoteatrında “Mən Klounam” filmi böyük marağa səbəb oldu. İzləyicilərin marağına səbəb olan filmin ssenarisi çox bəyənilib. Filmin baş prodüseri- Vuqar Təhməzov, rejissor və ssenari müəllifi Samir Qulamov, icraçı produsser- Rafail Bağıroqlu, qurluşcu operator Nicat Zeynallı – işıq rəssamı Vasif ibrahimov,color qraede – Hikmət Şahverdizadə,səs-Ramal Resul, montaj- Umman Budaqov, bəstəkar- Rövşən Askərzadə, Filmdə Şəhriyar Abilov, Aynur Abilova, Rəşad Kəsəmənli, Rafael Bağıroğlu, Könül Cəfərzadə, Rüfət Ümudov, Əjdər Zeynalov və və digər tanınmışlar rol alıb. Film şəxsi həyatı uğursuzluğa düçar olmuş bütün aktyorlara həsr olunur.