Mən özüm də evdən bayıra çıxmıram, eyvandan və pəncərədən müşahidələrimi aparıram” – Naqif Həmzəyevbackend

“Gəncə şəhərinə giriş və çıxış tamamilə məhddlaşdırılıb. Artıq uzun müddətdir, bu tətbiq edilirdi.

Təlimata uyğun olaraq, şəhərdə vətəndaşların hərəkəti ümumiyyətlə dayandırılıb. Ancaq xüsusi icazəsi olan şəxslər və avtomobillər hərəkət edə bilir. Bu isə çox az müşahidə edilir. Şəhərin bütün küçələrində polis əməkdaşları karantin rejiminə əməl edilməsinə riayət edirlər. Səs gücləndiricilər vasitəsilə əhaliyə xəbərdarlıq edərək, evdə qalmağa çağırırlar. Mən özüm də evdən bayıra çıxmıram, eyvandan və pəncərədən müşahidələrimi aparıram”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini Milli Məclisdə təmsil edən Naqif Həmzəyev deyib.

N.Həmzəyev qeyd edib ki, hər kəs təlimatlara uymağa cəhd göstərir: “İnanıram ki, yaxın günlərdə ciddi xəbərdarlığa ehtiyac olmadan vətəndaşlar karantin qaydalarına riayət edəcəklər. Bundan sonra yalnız karantin rejiminin müsbət nəticələrini izləmək qalır”.Modern.az