Məni öldürmək istəyirsənsə, hazıram, amma əməkdaşlıq etməyəcəyəmbackend

Şifa xəstəxanasının direktoru Munir əl-Berş Qəzzanın ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanasına basqın edən sionist işğal rejiminin qondarma əsgərlərinə deyib: “Məni xəstələrim arasından götürüb həbs etmək və ya öldürmək istəyirsənsə, eybi yoxdur, mən hazıram, amma əməkdaşlıq etməyəcəyəm”.

Əl-Cəzirə televiziya kanalının Qəzzadakı Şifa Xəstəxanasından canlı telefon zəngləri zamanı Xəstəxananın direktoru Dr. Münir əl-Bərşlə sionist işğalçı rejimin qondarma zabitinin söhbəti diqqət çəkib.

Sionist işğal rejiminin qondarma zabiti ilə telefon danışığını nəql edən Berş bildirib ki, zabit ondan aşağı enib komandiri ilə görüşməsini istəyib.

Berş deyib: “Mən həkiməm. Sionist rejim əsgərləri zirzəmidə nələrsə edir, nə edirlər, bilmirəm”.

Berş telefon danışığı zamanı sözdə məmurun onu enməyə razı salmağa çalışdığını bildirib.

Şifa Xəstəxanasında 1500 nəfərlik tibbi heyət və təxminən 7 min qaçqın var.

Mənbə: İLKHA

Aynur Camal