Mer üsyan etdi: Dövlət bizi tərk edibbackend

İsrailin cənubundakı Rahat şəhərinin meri Ata Əbu Medigam İsrail-Fələstin münaqişəsində sığınacaqlarının olmadığını və dövlətin onları tərk etdiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, İsrailin blokada altındakı Qəzza zolağına qonşu olan şəhərlərindən biri olan Rahat şəhərinin meri Medigam şəhərdəki vəziyyətlə bağlı İsrail Ordusu Radiosuna danışıb.

Yerli İsrail rəsmisi qeyd edib ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrailə “Əqsa tufanı” adlı hərtərəfli hücumundan sonra Rahatda 19 israilli həyatını itirib, onlarla insan yaralanıb.

“DÖVLƏT BİZİ TƏRK ETDİ”

Bölgəyə çoxlu raket atıldığına diqqət çəkən Medigam, İsrail hökumətini mülki əhalinin təhlükəsizliyi ilə bağlı səhlənkarlıqda günahlandıraraq, “Bizim ictimai səyyar sığınacaqlarımız yoxdur, dövlət bizi tərk etdi” deyib.

İsrail ordusu Qəzzadan İsrail şəhərlərinə raket zərbələri endirdiyi üçün təhlükə olan nöqtələrdə xəbərdarlıq sirenlərini işə salır və mülki vətəndaşlardan sığınacaqlarda gizlənmələrini xahiş edir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal