Dəri problemləri qadınların xüsusilə diqqət yetirdiyi qulluq rutinlərindən biridir. Evdə asanlıqla tətbiq oluna bilən müxtəlif üsullar var. Qəribədir ki, bu üsullardan biri də mərci şirəsinin istifadəsidir. Mərci şirəsinin dəri üçün faydaları məlumdur. Bu reseptlə siz asanlıqla dərinizə qulluq edə, dərinizin hamar və sağlam görünməsini təmin edə bilərsiniz. Dəriyə tətbiq edildikdə, mərci şirəsi tərkibindəki vitamin və minerallar sayəsində dərinin gənc və sağlam qalmasına kömək edir. Qırmızı mərci şirəsinin faydalarını bilirdinizmi? Bu resept tərkibindəki yüksək protein, mineral və vitaminlər sayəsində müsbət təsirlər verir.
Bundan əlavə, dəridəki yaraların və sızanaqların sağalmasına kömək edir və çapıqların azalmasına kömək edir. Dərini nəm və canlı saxlayır. Elastikliyini artıraraq qırışların aradan qaldırılmasına da kömək edən mərci şirəsi təbii dəriyə qulluq vasitəsi kimi istifadə edilə bilər.
Mərci şirəsinin hazırlanması:
-Bir ovuc qırmızı mərciyi yaxşıca yuyun və təmiz bir qazana qoyun.
– Su əlavə edin və mərciməklər qaynana qədər bişirin.
-Bişmiş mərciməkləri süzün və meydana gələn suyu bir qaba tökün.
-Aldığınız mərci şirəsini soyumağa buraxın.-Mərcimək suyu soyuduqdan sonra pambıqla dərinizə çəkin və təxminən 15-20 dəqiqə saxlayın.
-Gözləmə müddətindən sonra dərinizi su ilə yaxşıca yuyun.
Bu üsulu mütəmadi olaraq tətbiq etdiyiniz zaman dərinizin sağlam görünməsini təmin edə bilərsiniz!
Mənbə: Ahaber
Aynur Camal