Məscidə hücum edildibackend

Əfqanıstanın Pol-e-Xomri şəhərində bir məsciddə cümə namazı vaxtı həyata keçirilən hücumda ölən və yaralananların olduğu bildirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Pol-e-Xomri şəhərində məsciddə cümə namazı zamanı bombalı hücum həyata keçirilib.

Bağlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Haşimi “İmam Zaman məscidində partlayış olub, ölən və yaralananlar var” deyib.

Haşimi ölən və yaralananların sayı ilə bağlı dəqiq rəqəm açıqlamasa da, təfərrüatların ilk qiymətləndirmələrdən sonra paylaşılacağını bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal