Meşə yanğını baş verdi: 3 nəfər öldübackend

Qazaxıstanın Abay rayonunda Semey meşəsində başlayan yanğında 3 meşə işçisi həyatını itirib, 30 min hektar ərazi külə dönüb.

“Yeni Gundem” xəbər verir ki, Qazaxıstanın Abay rayonunda Semey meşəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada indiyədək 30 min hektar ərazinin yandığı deyilib.

Bildirilib ki, yanğına 600-dən çox canlı qüvvə, 68 texnika və 6 helikopter cəlb olunub.

Açıqlamada yanğın bölgəsində 3 meşə məmurunun həyatını itirdiyi, itkin düşən 11 əməkdaşın axtarıldığı açıqlanıb.

Semey qubernatorluğundan verilən açıqlamada şəhərdə fövqəladə vəziyyətin elan edildiyi də bildirilib.

Mənbə: İLKHA

Aynur Camal