Meşə yanğınları 11 gündür davam edirbackend

Yunanıstanın Egey sərhədində meşə yanğınları 11 gündür davam edir. Ölkədə baş verən yanğınlarda 810 kvadrat kilometr ərazi yanıb.

“Yeni Gundem” xəbər verir ki, Meriç çayının o biri sahilində meşə yanğınları ilə mübarizə davam edir.

Aleksandrupolidə yanğınların qarşısını almaq mümkün deyil. Günlərlə davam edən yanğınlarda 19-u mühacir olmaqla 20 nəfər həyatını itirib.

Ölkədə paytaxt Afinadan sərhədlərə qədər meşə yanğınlarından zərər çəkməyən ərazi yoxdur.

Mənbə: İLKHA

Aynur Camal