Meşə yanğınları 600-dən çox insanın həyatını məhv etdibackend

İspaniyanın şərqindəki Valensiya bölgəsində günorta saatlarında başlayan meşə yanğını səbəbindən 600-dən çox insan ehtiyat tədbiri olaraq evlərindən təxliyə edilib.

Valensiyadakı Montitxelvo meşə sahəsində yerli vaxtla saat 14.00-da (CET 16.00) başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyüb.

Fövqəladə Halların Koordinasiya Mərkəzinin verdiyi məlumata görə, meşə yanğınlarına yaxın olan Terrateiq və Castellonet de la Conquesta şəhərlərində və yaşayış massivləri olan 5 yaşayış məntəqəsində 600-dən çox insan evlərindən təxliyə edilib.

Qırmızı Xaç da təhlükəsiz ərazilərdə otellərə və ya idman zallarına yerləşdirilən bu insanlara yardım edib.

Yanğın indiyə qədər 1400 hektar ərazini yandırsa da, xüsusilə Valensiya və Alikantedən çoxlu yanğınsöndürmə briqadaları bölgəyə göndərilib. Çevik Hücum Hərbi Bölməsindən də kömək istənilib.

Səlahiyyətlilər bütün İspaniyanı əhatə edən güclü külək səbəbiylə sürətlə yayılan yanğının hələ də nəzarət altına alınmadığını bildirib.

Mənbə: TrtHaber

Aynur Camal