Meşə yanğınları şiddətləndibackend

Yunanıstanın Evros bölgəsində başlayan meşə yanğınları 16-cı gündə nəzarət altına alına bilməyib.

“Yeni Gundem” xəbər verir ki, Avropa İttifaqının (AB) Kopernik Fövqəladə İdarəetmə Ofisinin məlumatlarına görə, Aleksandrupolinin də daxil olduğu Meriç bölgəsində yanan ərazilər 935 min dekarı keçib.

Yunanıstan Meteorologiya İdarəsinin proqnozlarına görə, gələn həftədən etibarən ölkə daxilində yağıntı gözlənildiyi üçün İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias bütün bələdiyyələrə daşqın təhlükəsinə hazır olmaları barədə xəbərdarlıq edib.

Kikilias meşə sahələrinin yandığı ərazilərdə su basma ehtimalının yüksək olması səbəbindən xüsusilə bu bölgələrdə tədbirlərin artırılmasını tələb edib. Bildirilib ki, Kavacık (Lefkimi) və Koyunyeri (Provatona) yaxınlığındakı meşə sahəsində davam edən yanğınlar səbəbindən Kavacık kəndi boşaldılıb.

Mənbə: İLKHA

Aynur Camal