Məşhur aktyora yüksək VƏZİFƏ VERİLDİbackend

Rusiyalı məşhur aktyor Aleksey Çadov Perm diyarının qubernatorunun müşaviri vəzifəsini tutmaq təklifini qəbul edib.

”Yeni Gundem” xəbər verir ki, o bunu barədə sosial media hesabında məlumat verib.

Çadov bundan sonra bölgənin mədəni həyatına və kinonun inkişafına nəzarət edəcək. Sənətçi etimad və dəstəyə görə Perm diyarının qubernatoru Dmitri Maxoninə təşəkkür edib.

Qarşıda çox iş var, sizi hadisə ilə bağlı məlumatlandıracağam” deyə aktyor paylaşıb.

Azarkeşlər Çadovu yeni vəzifəsi münasibətilə təbrik ediblər.

“Əla xəbər! Aleksey, məsul vəzifənizdə uğurlar!” – abunəçilərdən biri yazdı.