Türkiyədə daha iki sosial media fenomeni saxlanılıb.
“Yeni Gundem” “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.
Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün saxlanılıb.
Məhkəmədə ifadələri alınan Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla 12 nəfərin həbsinə, 6 nəfərin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib.