Məşhur diplomat “Azercell”i məhkəməyə verdibackend

“Kapital bank”ın Beynəlxalq Əlaqələr üzrə Müşaviri Sadiq Vüqar İkram oğlu “Azercell”i məhkəməyə verib.

Proses Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə keçiriləcək.

İşin mahiyyəti əmək mübahisələri və əmək münasibətləri üzrə yaranmış mübahisələrdir.

İndiyə qədər işlə bağlı 5 proses keçirilib. Sonuncu iclas bu gün baş tutub.

Nəticəyə əsasən tərəflər arasında icraata xitam verilib.

Qeyd edək ki, “Azercell”i məhkəməyə verən Sadiq Vüqar peşəkar həyatını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münaqişəsi İdarəsində başlayaraq Azərbaycan danışıq komandasının üzvü kimi çalışıb. Diplomatik karyerasını Azərbaycandan kənarda ikitərəfli və çoxtərəfli diplomatiyada davam etdirib.

Dövlət sektorunu tərk etməyinə baxmayaraq, Sadiq Vüqar özəl sektora qoşularaq Azərbaycandakı qabaqcıl bankların beynəlxalq əlaqələrinin qurulmasına və beynəlxalq və xarici maliyyə qurumları ilə danışıqların aparılmasına öz tövhəsini verib.

Sadiq Vüqar Bakı Dövlət Universitetinin Şərqünaslıq fakultəsini bitirib. Elmlər Akademiyasında dilçilik üzrə PhD dərəcəsini almışdır. Eyni zamanda, ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və İngiltərənin Nottingem-Trent Universitetinin məzunudur. Hazırda Kapital Bankda beynəlxalq əlaqələr üzrə İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində çalışır.

Tribunainfo.az