Məşhur müğənni Cennifer Lopezdən payız trendləribackend

Aktyor Ben Affleklə işbirliyi və son film layihələri ilə adından söz etdirən məşhur müğənni Cennifer Lopez Coach brendi üçün yenidən kamera qarşısına keçib.

“Yeni Gundem” xəbər verir ki, ABŞ-da yerləşən brendin Payız-Qış mövsümündə iştirak edən Lopez dəbli dizaynlarla pozalar verib.

Müasir üslub təklif edən kolleksiyada cins ətəklər, təmtəraqlı paltolar, parlaq şalvarlar və rəngli çantalar yer alır. Hanna Moon tərəfindən çəkilən kampaniya brendin Shine kolleksiyasını təqdim edib.

Mənbə: Ntv.Tr

Aynur Camal