Məşhur müğənni həbs edildibackend

Məhkləmə türkiyəli müğənni Gülşənlə bağlı qərar qəbul edib.

Axşam.az xəbər verir ki, İstanbul Cəza Məhkəməsinin verdiyi qərara əsasən, müğənni 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə edilməyi istədiyini bildirib. Daha sonra sənətçi ev həbsinə buraxılmışdı.