Məşhur “qanuni oğru”ların ÖLÜM TARİXÇƏLƏRİ – FOTOLAR (İKİNCİ HİSSƏ)backend

Azərbaycanlı “qanuni oğru”larla bağlı mövzular həmişə oxucular tərəfindən diqqətlə qarşılanır. Kriminal aləmdə öz sözü və hərəkətləri ilə tanınmış azərbaycanlı “qanuni oğru”ların bir çoxu indi həyatda yoxdur. Lakin onların ölüm hekayələri hələ də maraq doğurur.

Azərbaycanlı “qanuni oğru”larla bağlı mövzular həmişə oxucular tərəfindən diqqətlə qarşılanır. Kriminal aləmdə öz sözü və hərəkətləri ilə tanınmış azərbaycanlı “qanuni oğru”ların bir çoxu indi həyatda yoxdur. Lakin onların ölüm hekayələri hələ də maraq doğurur.

“Yeni Gündəm” sizə onların ölümləri ilə bağlı bəzi məlumatları təqdim edir.

image-1612518313_musa

“Lotu Qoca” kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. Məlumata əsasən “Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində bir neçə nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. Qocanın küçəyə çıxması ilə güllələnməsi cəmi bir neçə saniyə çəkib. Məzarı Yasamal qəbristanlığındadır.

image-1612518316_musa

“Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyev 1975-ci ildə Lənkəranda anadan olub. İlk dəfə 1996-cı ildə 2 il müddətinə həbs edilib. Rövşən Canıyev atasının qatilini məhkəmə zalında güllələyib. Səbail rayon məhkəməsinin cəzadan şərti azad olunub. Bundan sonrada bir neçə dəfədə tutulub. 2106-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda güllələnərək qətlə yetirilib.

image-1612518392_musa

2014-cü ilin aprelin 7-də Odessadakı “Veçerni Baku” restoranında 39 yaşlı “Vaxa” ləqəbli “qanuni oğru” Baxış Əliyev güllələnib. Onunla bərabər mühafizəçisi də öldürülüb. Qətlin kimlərin törətdiyi barədə məlumat yoxdur. Onun doğulduğu Gürcüstanda dəfn edildiyi deyilir.

image-1612518321_musa

“Lotu Dadaş” Bakının ən tanınmış avtoritetlərindən biri olan Hikmət İbrahimovun ailəsində doğulub. Hikmət İbrahimov dövrünün ən nüfuzlu avtoritetlərindən biri kimi tanınıb. “Lotu Dadaş” 2016-cı ilin aprelin 9-da “Borispol” hava limanında özünə yetirdiyi xəsarətlərdən sonra dünyasını dəyişib. Məzarı doğulduğu Novxanı kəndindədir.

image-1612518303_musa

“Lotu Quli” ləqəbli Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dümanisi rayonunda anadan olub. “Quli” gürcü dilində ürək deməkdir. Kriminal alən ona bu ləqədi ürəkli olduğuna görə verib. Nadir Səlifov 21 il həbs həyatı yaşadıqdan sonra 2017-ci ilin oktyabr ayında azadlıqa buraxılıb. “Lotu Quli” həbsdən çıxdıqdan sonra əvvəlcə Gürcüstana daha sonra isə Türkiyəyə üz tutmuşdu. Qətlinə gəlində, onu kriminal aləmdə “Xan Əhmədlinski” kimi tanınan Xaqan Zeynalov odlu silahdan atəş açaraq öldürüb.

image-1612518311_musa

Cinayət aləmində böyük nüfuz qazanmış avtoritet Axundov Çingiz 1954-cü ildə Lənkəranda anadan olub. “Lotu Hikmət”in dostu “Ağbaş Çingiz”in qətlidə təxminən eyni ssenari üzrə icra olunub. Moskva şəhərində yaşadığı binanın qarşısında avtomobilinə əyləşmək istəyərkən qətlə yetirilib. Tapança ilə 5 güllə ilə vurulan “qanuni oğru” hadisə yerində dünyasını dəyişib.

Ölkə.az

image-1612518323_musa

Abbasov Novruz 1959-cu il martın 19-da Tərtər rayonunda anadan olub. Kriminal aləmdə “Zaur” kimi tanınıb. 1994-cü ildə “koronavat” olunub. 2002-ci ilə xərçəng xəstəliyindən dünyasını dəyişib. Doğulduğu Tərtər rayonunda dəfn edilib