Məşhur teleaparıcı şəhid qızı imiş… – Fotobackend

Məşhur teleaparıcı Lalə Azərtaş sosial şəbəkədə ailəsinin arxiv fotosunu paylaşıb.

“Yeni Gündəm” xəbər verir ki, Azərtaş İnstaqramda ilk dəfə atasının fotosunu paylaşaraq şəhid qızı olduğunu etiraf edib:

“Şəhidim, atam Əliyev Tahir Qurban oğlu. 1993-cü ilin yanvar ayında Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. İyulun 25-də Füzuli şəhərində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb”.