Metro qəzası: 515 nəfər yaralandıbackend

Çinin paytaxtı Pekində dünən baş verən metro qəzasında iki qatarın toqquşması nəticəsində 515 nəfər yaralanıb. Qəzadan sonra istintaq qrupu yaradılıb və araşdırmaların davam etdiyi bildirilib.

Pekin Bələdiyyəsinin Nəqliyyat Komissiyasından bu gün Çinin Weibo sosial media platformasında baş verən qəza ilə bağlı verdiyi açıqlamada, “İlkin araşdırmaya görə, qəzaya səbəb qarlı hava şəraiti və qatarın qarşısındakı relsin zədələnməsi olub.

“Arxada olan qatar eniş hissəsində olub və qarlı hava qatarın sürüşməsinə və effektiv əyləc edə bilməməsinə səbəb olub, nəticədə arxadan qabaqdakı qatarla toqquşub”.

Səlahiyyətlilər 515 yaralının xəstəxanaya yerləşdirildiyini, 102 nəfərə sınıq diaqnozu qoyulduğunu, bu gün səhərə olan məlumata görə 423 nəfərin evə buraxıldığını, 67 nəfərin isə xəstəxanada müalicəsinin davam etdiyini bildirib. Qeyd olunub ki, Pekin Bələdiyyəsi qəzanın baş verdiyi Çanpin Xəttində qəza araşdırma qrupu yaradıb və araşdırmalar davam edir.

Pekində yağan güclü qar səbəbindən avtomobil, dəmir yolu və hava nəqliyyatında fasilələr yaranıb və meteorologiya rəsmiləri gecə saatlarında paytaxtda temperaturun mənfi 18 dərəcə olduğunu açıqlayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal