Metroda həyəcanlı anlar – Sərnişin stansiya yoluna düşdübackend
“İçərişəhər-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.
Bu barədə “Yeni Gündəm”-ə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb:
“İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır”.