İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.
“Yeni Gundem” xəbər verir ki, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xırdalan şəhər sakini N.Heydərov metronun “Koroğlu” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.