Metrolarda Milli Qvardiya yaradıldıbackend

ABŞ-da artan cinayət nisbətinə qarşı Nyu York Metrosunda Milli Qvardiya

Nyu-York qubernatoru Keti Hochul şəhərin metro xətlərində törədilən cinayətlərlə mübarizə üçün 5 bənddən ibarət yeni planı açıqlayıb. Bunun ardınca Milli Qvardiya metrolarda iştirak etməyə başlayıb.

Nyu York…

Bu, dünyada cinayət nisbətinin ən yüksək olduğu şəhərlərdən biri kimi seçilir.

Son zamanlar cinayətlərin sayı artmağa başlayıb. Bundan sonra yeni ehtiyat planları açıqlandı. Qubernator Hochul, metro stansiyalarında artan cinayət nisbətləri ilə mübarizə üçün hazırlanan plan çərçivəsində stansiya girişlərində 750 Milli Qvardiyanın üzvü və 250 polis əməkdaşının təyin ediləcəyini bildirdi.

“Heç kim narahat olmasın…”

Qubernator Hochul jurnalistlərə deyib: “İşə gedən, ailəsini ziyarət edən və ya həkim qəbuluna gedən heç kim onların yanında oturan şəxsin ölümcül silahı olduğundan narahat olmamalıdır” deyib.

Əsgərlər xidmətə başladılar

Metro stansiyaları üçün ilk olduğuna inanılan qərarda min əsgər və polisin növbətçi olduğu açıqlanıb. Milli Qvardiyanın əsgərləri və Nyu-York Polis Departamenti metrolarda patrul və çantaların yoxlanılmasında köməklik göstərəcək.

“Bu, metrolarımızı cinayətkarlardan təmizləmək və bu yaxınlarda baş verən hücumlardan sonra Nyu Yorkluları qorumaq üçün beş bəndlik plandır. Birinci nöqtə: “Mən Nyu York Ştat Polisinin və Milli Qvardiyanın təxminən 1000 üzvünü şəhərin ən işlək tranzit stansiyalarında çanta yoxlaması aparmaq üçün yenidən yerləşdirirəm.”

Nyu-York qubernatoru Keti Kochul bildirib ki, sərnişinlər çantalarını mühafizəçilər tərəfindən yoxlanılmasından imtina etmək hüququna malikdirlər, lakin məmurlar daha sonra onlara metroya girişi qadağan edə bilərlər.

Mənbə: EnSonHaber

Aynur Camal